RU

Danimarka kubokunun qalibi müəyyənləşdi

style='margin-bottom:10px;'>

Danimarka kubokunda 2023/24 mövsümünün qalibi müəyyənləşib. 

QOL.az xəbər verir ki, final matçında “Silkeborq” “Orxus”la üz-üzə gəlib. 

Həlledici qarşılaşmanın taleyini bir qol həll edib. Oliver Sonnenin 39-cu dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbəyə sevinən “Silkeborq” tarixində ikinci dəfə Danimarka kubokuna sahib çıxıb. 

Qeyd edək ki, 107 yaşlı klub ilk dəfə 2001-ci ildə ölkə kubokunu qazanıb. 2018-ci ildə isə “Silkeborq” finalda “Bröndbyu”ya 1:3 hesabı ilə məğlub olmuşdu. 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
teleqraf.com

1Источники