RU

Azər Bağırov: “Karyeram barədə yaxşı səs-soraq olacaq”.

“Araz-Naxçıvan”ın baş məşqçi postundan istefa verən Azər Bağırov hələ də işsizdi.

Muxtar Respublika təmsilçisiylə region liqasından elitaya qədər yüksələn gəm mütəxəssisin hazırki durumuyla maraqlandıq. Məşqçilik karyerası barədə gələcək planları ətrafında söhbətləşdik. Onun “Football-plus.az”a söylədikləri:
“Hələ ki, istirahət edirəm. Ümumiyyətlə, məşqçilik elə bir sahədi ki, çox incə məqamlar var. Məsələn, sən özünü heç kimə təklif edə bilməzsən. Doğrudu, menecerlər təklif edə bilərlər, amma əsasən futbol funksionerləri təklif edir ki, ona necə məşqçi lazımdı. Düşünürəm ki, karyeram barədə yaxşı səs-soraq olacaq. Çünki, qısa bir dönəmdə yaxşı işlər görmüşəm və bu mövsüm premyer-liqada özüm haqda azda olsa, yaxşı imic formalaşdıra bilmişəm. Həm burda hər şey zamana bağlıdı. Çempionat elə bir dövrün yaşayır ki, nəyin necə olacağı bundan sonra bəlli olacaq. Allahın izniylə hər şey yaxşı olacaq”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
108
football-plus.az

1Источники