NATO-nun keçmiş baş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis Rusiya hərbi komandanlığının Alyansın Baltik dənizində istənilən təlimlərinə qarşı çıxacağı barədə xəbərdarlıq edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, sabiq NATO komandanının fikrincə, “gələn ay onlar (ruslar - red.) qısamüddətli kiber və elektron müharibəyə keçə bilərlər”.
Stavridis “Bloomberg”-ə verdiyi müsahibədə vurğulayıb ki, Finlandiya və İsveç bloka qoşulduqdan sonra bəzi analitiklər Baltik dənizini “NATO gölü” adlandırmağa başlayıblar: "Xəritəyə nəzər saldıqda bunun əsasən doğru olduğunu görərik - sahil zolağında Rusiya ərazisinin bir neçə kiçik hissələri var. Sahillərin qalan hissəsi NATO-nun əlindədir: İsveç, Finlandiya, Estoniya, Latviya , Litva, Polşa, Almaniya və Danimarka... Bu gün Moskva ilə NATO arasında münaqişə yaranarsa, oradakı istənilən Rusiya hərbi gəmisi tez və asanlıqla bloklana və ya məhv edilərdi”.
“AzPolitika.info”