RU

Türkiyənin ana müxalifət partiyasının sədri Azərbaycana gələcək

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana səfər edəcək.

 

Bu barədə partiya başqanı “Habertürk”ə müsahibəsində deyib.

 

“CHP dövləti qurmuş, institutlaşdırmış partiyadır. Bu institutlaşdırmada əməyi böyükdür. Dövlətin bəzi ənənələrindən uzaqlaşmaq olmaz. Seçkilər bitdi, qurultaydan sədr kimi çıxdım. İlk ziyarəti Şimali Kiprə etdim… Daha sonra Azərbaycandan randevu istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, – o qeyd edib.

 

Siyasətçi “qarşıdakı günlərdə Azərbaycana səfər etməyi planlaşdırdıqlarını” açıqlayıb.

 

CHP başqanı onu da deyib ki, Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz: “Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz. Orada qüsurun böyüyü bizə, kiçiyi Azərbaycana düşər. Yanlışımız varsa, düzəldilməlidir”.

 

“Report” xatırladır ki, aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə etmişdi.

 

Bundan başqa, fevralın 17-də ana müxalifət lideri Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
147
18
senzor.az

8Источники