RU

Mourinyo: "Bəzi məşqçilər məndən ağıllıdır"

“Roma”nın keçmiş baş məşqçisi Joze Mourinyo karyerasında avrokuboklarda finala gedən ən çətin yoldan danışıb.

90deqiqe.Az  xəbər verir ki, portuqaliyalı çalışdırıcı bunların "Roma" və "Mançester Yunayted"lə yaşadığını bildirib.

"Mənim üçün ən çətini “Roma” ilə iki finala çıxmaq idi (2021/22 mövsümündə Konfrans Liqası və 2022/23 mövsümündə Avropa Liqası – redaktorun qeydi). Ola bilsin ki, “Mançester Yunayted”lə [2016/17 mövsümündə] Avropa Liqasının [finalına yüksəlmək] də inanılmaz dərəcədə çətin idi, çünki mən gələndə bu komandaların hər ikisi çox çətin vəziyyətdə idi.

Bəlkə də bəzi məşqçilər məndən daha müdrik və ağıllıdırlar, çünki uğur qazanmaq üçün ideal şəraitlə işləmək üçün düzgün yer seçirlər. Mən hər zaman çox çalışmalıyam ki, bir şey edirəm və kiməsə faydalı oluram.

Mən çağırışları sevirəm, hətta bəzən ədalətsiz olsalar da, çünki komandam meydanda ən güclü olmasa, məndən kuboklar almağı gözləmək olmaz."



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
184
90deqiqe.az

1Источники