RU

Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə etdi

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BMT-nin Baş katibinin köməkçisi, dünya təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto ilə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Neto BMT-nin İnkişaf Proqramının COP29-un uğurla keçirilməsinin təmin edilməsində Azərbaycana yardım etmək öhdəliyini bir daha təsdiqləyib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
50
teleqraf.com

10Источники