RU

ABŞ-ın Ermənistandakı səfiri müxalifət nümayəndələri ilə görüşüb

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn parlament müxalifətinin nümayəndələri ilə görüşüb. 

 

Senzor.az bildirir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

 

“Səfir Kuinn bu gün geniş spektrli məsələləri, o cümlədən Ermənistanda demokratiyanın inkişafına, insan haqlarına və sülh prosesinə ABŞ-ın necə yardım edə biləcəyi barədə fikirləri dinləmək və müzakirə etmək üçün parlament müxalifətinin nümayəndələri ilə görüşüb”, - deyə məlumatda bildirilib.

 

Səfir ABŞ-ın Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb və Alma-Ata Bəyannaməsinin delimitasiya üçün əsas kimi qəbul edilməsinə dair İrəevan və Bakı arasında bu yaxınlarda əldə edilmiş razılaşmanı alqışladığını bildirib.

 

Senzor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
144
senzor.az

1Источники