RU

“Qəbələ” futbolçuları Gəncədə döyüldülər

Bu gün U-16 Liqasında növbəti oyunlar keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Kəpəz”in U-16 komandası doğma meydanda “Qəbələ”dən olan həmyaşıdları ilə qarşılaşıb.

Oyun ərzində “Kəpəz” azarkeşləri (onların əksəriyyəti gəncəli futbolçuların valideynləri olub – red.) qonaq komandanın üzvlərini müxtəlif söyüşlərlə təhqir ediblər.

Ən pisi isə oyun bitəndən sonra yaşanıb. Belə ki, gəncəli uşaqların valideynləri meydana çıxaraq “Qəbələ” futbolçularını döyməyə başlayıblar. Hadisə nəticəsində qonaq komandanın bir neçə üzvünün müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Məsələni diqqətdə saxlamağa çalışacağıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
futbolinfo.az

1Источники