RU

Edin Terziç: “Hamını təəccübləndirəcək komandaya çevrilə bilərik”

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç komandasının Çempionlar Liqasının finalına yüksəlməsini şərh edib.

Arena.az məlumat verir ki, “Borussiya” Parisdə keçirilmiş cavab oyununda da PSJ-ni 1:0 hesabı ilə məğlub edərək (ilk oyun: 1:0) mötəbər yarışın finalına yüksəlib.

“Keçən mövsüm biz çempionluğu son turda doğma meydanımızda əldən vermişdik. Sevinirəm ki, indi azarkeşlərə nə isə qaytara bilərik. Biz hər oyunda tərəqqi edirdik və yekunda başa düşdük ki, hamını təəccübləndirəcək komandaya çevrilə bilərik. Komandamla finala yüksəldiyim üçün çox şadam”, – UEFA-nın rəsmi saytı Terziçdən sitat gətirir.

Xatırladaq ki, Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı “Real” – “Bayern” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar yarımfinalın cavab oyununu bu gün, mayın 8-də keçirəcəklər.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
arena.az

1Источники