RU

Dünya iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır- ÖZƏL

"VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyev bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olduğuna diqqət çəkərək bildirdi ki, həmin ölkələrin səsi dinlənilməlidir və onlar yaddan çıxarılmamalıdır. Həmçinin yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məcisin üzvü Anar Məmmədov deyib: "XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına əsla imkan verilməməlidir. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Forumda Prezident İlham Əliyev bəyan etdi ki, Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
117
olaylar.az

1Источники