RU

“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub

Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində başladılan kampaniya ÜST, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində davam etdirilir.
 
ÜST-nin Azərbaycan Nümayəndəliyindən Aztibb.az-a bildirilib ki, öncəki gün vaksinasiya ilə məşğul olan tibb işçiləri üçün təlim keçirildikdən sonra peyvəndlə bağlı tərəddüd edən valideynlər xəstəxanaya dəvət edilib, yerli və Bakıdan dəvət olunmuş pediatrlar tərəfindən uşaqlar müayinə olunub və valideynlərlə söhbət aparılıb. Eyni zamanda, əvvəlcədən formalaşdırılmış 18 həkim briqadası ASM-ə gəlməyən valideynlərin evlərini ziyarət edib, onlarla söhbət aparıb. Bu səylərin nəticəsində gün ərzində təkcə Şəki şəhər ASM-də peyvənddən kənarda qalan 70-ə yaxın uşağın peyvənd olunmasına nail olunub. Şəki şəhərinin kəndlərində davam etdiriləcək kampaniyaya həkim heyəti ilə bərabər Şəki Tibb Kollecinin tələbələri də cəlb edilib.
 
Həmçinin gün ərzində ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva və TƏBİB-in İlkin Səhiyyə şöbəsinin müdiri Nəhmət Rəhimov kənd ASM və tibb məntəqələrini ziyarət edərək, vaksinasiya və ilkin səhiyyə xidmətlərinin vəziyyəti, vaksinlərin saxlanılması və vətəndaşların qeydiyyatı ilə yerində tanış olublar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
aztibb.az

1Источники