RU

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

Vyetnamda

Bakı, 7 may, AZƏRTAC

Vyetnamın “Petrovietnam” (PVN) neft-qaz qrupu Ronq və Bunqa Aster yataqlarında iki yeni neft və qaz yatağının aşkarlanmasını elan edib.

AZƏRTAC Vyetnamın “Zing News” informasiya portalına istinadla xəbər verir ki, Ronq yatağı 09-1 bloku dairəsində, məhz R79 quyusunda yerləşir. İlkin hesablamalara görə, neft ehtiyatlarının potensial həcmi 16,5 milyon barel təşkil edir.

Bunqa Aster yatağı PM3 CAA blokundakı BA-1X quyusuna aid edilir. Yatağın ilkin hasilat səviyyəsinin sutkada 2100 barelə bərabər olacağı təxmin edilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
1
azertag.az

2Источники