RU

Ukraynada məktəblilərin təhsil müddəti artırılacaq

Ukrayna Ali Radasının deputatı, Təhsil, Elm və İnnovasiyalar Komitəsinin üzvü Sergey Babak ukraynalı məktəblilərin təhsil müddətinin 11 ildən 12 ilədək artırılacağını bildirib.

“Qafqazinfo” xəbər verir ki, onun açıqlamasını “News.Live” yayımlayıb.

“Hazırda altıncı və ondan aşağı sinifdə oxuyanlar 12 il təhsil alacaqlar. Bu, böyük islahatdır”, - deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, bu təşəbbüs məktəblilərin oxuduqları fənlərin sayını azaltmaq və onların bir sıra ixtisas fənlərini seçmək məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
1
Источники
Комментарий ()
Закрывать