RU

Əsgər 6 əsgəri və komandiri öldürüb qaçdı

Rusiyada xidmət edən ukraynalı kiçik zabitin 6 əsgəri və komandirini yatarkən öldürərək qaçdığı iddia edilib.


Oxu24.com xarici mediaya istinadən  xəbər  verir  ki,Rusiya ordusunda kiçik zabit kimi xidmət edən Ukrayna əsilli Yuri Qaluşkonun yatmış 6 əsgəri  və komandirini öldürərək qaçdığı iddia edilib. Qaluşkonun Ukraynaya keçə  biləcəyindən ehtiyatlanaraq genişmiqyaslı axtarışlara başlanılıb.

Rusiyanın işğalı altında olan Donetsk vilayətində 10-cu tank alayının haubitsa artilleriya batalyonunda xidmət edən Qaluşkonun ötən gecə yaxın məsafədən dostlarının ürəyindən və sinəsindən atəş açdığı, daha sonra AK-12 “Kalaşnikov” avtomatı ilə qaçdığı bildirilib.

Hücum Rusiyanın pravoslav Pasxa bayramını qeyd etdiyi və Qələbə günü tədbiri öncəsi hərbi parad keçirdiyi vaxt baş verib.

Hələlik rəsmi açıqlama verilməsə də, Telegram-da yer alan sənədə əsasən, Qaluşkonun həbsi ilə bağlı xəbərdarlıq edilib. Sənəddə deyilir  ki, “2024-cü il mayın 4-də kiçik zabit Qaluşko 10-cu tank alayının haubitsa artilleriya batalyonunun altı əsgərini öldürüb və AK-12 avtomatı  ilə birlikdə yoxa çıxıb. Ukrayna mənbələri Qaluşkonun əslən ukraynalı olduğunu və Rusiya üçün döyüşməyə məcbur olduğunu bildiriblər.

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
Источники
Комментарий ()
Закрывать