RU

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstər 1-ci, istər 2-ci dünya müharibəsi zamanı ABŞ müharibənin dönüş nöqtəsində proseslərə qoşulub və nəticədə qələbədən özünə pay çıxarıb:

"Vaşinqton bu tipli situasiyalardan istifadə edərək dolların kursuna nəzarət edir. Bu gün dolların dünya miqyasında valyuta kimi qəbul edilməsinin ən böyük səbəbi ABŞ-nin müharibələrə birbaşa müdaxilə etməyib kənardan hər iki tərəfə silah və ərzaq yardımı etməsi, bunun qarşılığında dollar tədavülə buraxması ilə baş tutub. Bu gün Ukraynaya yardım edilməsi ABŞ-nin birbaşa Rusiya ilə qarşıdurmaya gələcəyi mənasına gəlmir. Ümumiyyətlə müzakirə mövzusu belə deyil. ABŞ və Rusiyanın qarşı-qarşıya gəlməsi dünya müharibəsinin elan edilməsi kimidir. Çünki ABŞ-nin müharibəyə qoşulması həm də NATO-nun müharibəyə qoşulmasıdır. Rusiyanın tərəfində isə Rusiyanın müttəfiqləri prosesə qoşula bilər. Bu, faktiki olaraq 3-cü dünya müharibəsi deməkdir. Bu məsələnin real olduğunu düşünmürəm. Nəzərə almaq lazımdır ki, qarşıdan ABŞ-də prezident seçkiləri gəlir və adətən bu tipli silah yardımları seçkilərdə namizədlərin xeyrinə və ya ümumiyyətlə ABŞ-nin prestiji baxımından önəmlidir. ABŞ-nin belə riskli addım atacağını düşünmürəm və ümumilikdə ABŞ-nin Rusiya ilə birbaşa toqquşmaya gedəcəyi real deyil".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
big.az

1Источники