![Azərbaycanın](https://azertag.az/files/2024/2/1200x630/1714989140731749187_1200x630.jpg)
Bakı, 6 may, AZƏRTAC
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 2024-2025-ci illər mövsümü üzrə seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 7-ci qrupda yer alan yığma noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qrup mərhələsinin görüşləri Moldovada baş tutacaq.