RU

Azərbaycan gimnastlarından Avropa kubokunun bürüncü

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunda ilk medalların sahibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, qrup hərəkətlərində çövnövçülük yarışı başa çatıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzanın heyətində yer aldığı Azərbaycan millisi 71,550 xalla bürünc medal qazanıb. Yığmamız həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətdə finala adlayıb.

Çoxnövçülükdə İsrail millisi çempionluq yaşayıb – 73, 550. İtaliya yığması ikinci olub – 71, 770 xal.

Qeyd edək ki, bu gün fərdi yarışlarda da qaliblər müəyyənləşəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
95
1
idman.biz

1Источники