RU

Ramos evini Mbappeyə satır

Kilian Mbappe Madridə köçməyə hazırlaşır. Bu yay PSJ-ni “Real”a dəyişəcəyi gözlənilən fransalı hücumçu ev axtarışına çıxıb.

Futbolinfo.az İspaniya mətbuatına istinadla xəbər verir ki, bu işdə ulduz oyunçuya Paris klubundakı keçmiş komanda yoldaşı Serxio Ramos yardım edəcək. Vaxtilə “Real”da oynamış müdafiəçi paytaxtdakı iki malikanəsindən birini Kiliana satır.

Maraqlıdır ki, ilk vaxtlar dəyəri 6 milyon avro olan malikanənin qiyməti – müştərinin Kilian olduğu bilinincə – 18 milyona qalxıb. İnd bazarlığı Ramosun qardaşı ilə Mbappenin anası edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
futbolinfo.az

1Источники