RU

İrəvan yekun qərarı elan etdi

2023-cü ildə Azərbaycan Ordusunun Sünikin (Zəngəzur -red.) Dığ kəndi istiqamətində irəliləməsi (dövlət sərhədinə çıxması – red.) ilə bağlı açılan cinayət işinə xitam verilib. 

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan açıqlayıb.

Baş prokuror istintaq çərçivəsində cinayət əməlinin aşkar edilmədiyini bildirib:

“Araşdırma aparılıb, təfərrüatlar yoxlanılıb, cinayət əlamətləri aşkar edilməyib. Beləliklə cinayət işinə xitam verilib”.

Parlamentin “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan həmin iş üzrə sərhəd qoşunlarının komandiri Arman Maralçyanın vəzifəsindən azad edildiyini xatırladıb.

Qeyd edək ki, 2023-cü ildə erməni silahlıları Dığ kəndi istiqamətində təxribat törədiblər, nəticədə nəticədə şəhid və yaralılarımız olub. Ordumuzun cavab zərbəsindən sonra erməni hərbi birləşmələrinə ağır itkilərlə geri çəkiliblər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
news24.az

1Источники