Qəzza zolağında 2023-cü ilin oktyabr ayından bəri İsrailin hərbi əməliyyatları nəticəsində 34,600-dən çox fələstinli həlak olub.
"İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı artaraq 34 622 nəfərə çatıb, 77 867 nəfər isə yaralanıb", - agentliyin rəsmi Telegram kanalında bildirilib.
Məlumatda bildirilib ki, son 24 saat ərzində Qəzzada 26 nəfər ölüb, 60 nəfər yaralanıb.
Bundan əvvəl BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzada 10 000-dən çox qadının öldürüldüyünü və daha 19 000 qadının yaralandığını aşkarladığını bildirmişdi.