RU

Dövlət İmtahan Mərkəzində Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı ilə bağlı vebinar keçirilib

Vebinarda Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva ADSİ imtahanı haqqında iştirakçılara ümumi məlumat verib. Ardınca imtahan proqramının həmmüəlliflərindən Səbinə Əliyeva və mərkəzin əməkdaşı Mehriban Cəfərsoy təqdimatla çıxış ediblər.

 

AzEdu.az xəbər verir ki, vebinarda 60-a yaxın mütəxəssis iştirak edib.

 

İclasda ümum-Avropa tövsiyə çərçivə sənədinə (CEFR) istinad edilməklə hazırlanmış “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini təmin etmək məqsədilə keçiriləcək Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı modeli mütəxəssislərlə müzakirə edilib.

 

Sonda vebinar iştirakçılarına test xüsusiyyətləri nəzərə alınmaqla model test nümunələrinin hazırlanması ilə bağlı tapşırıq verilib.

 

Qeyd edək ki, bir müddət öncə DİM ADSİ imtahanı ilə bağlı metodik vəsait də nəşr edib. Vəsait Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb.

 

Metodik vəsait səviyyələr üzrə Azərbaycan dili imtahanına hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulub. Vəsaitə imtahan modelinə uyğun tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг