Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı rayonun Uzunoba kəndi ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта