Pakistanda sərnişin avtobusu aşıb.
BiG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bölgəyə polis və xilasedicilər cəlb olunub.
Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmalar davam edir.
BiG.Az