RU

Müəllimlər artıq Dövlət İmtahan Mərkəzinin sirrini çözüblər

Bu il qəbul imtahanlarından yüksək bal toplayan şagirdlər digər illərə nisbətdə daha yüksək görünür. "Suallar çətin idi, artıq asanlaşır" yoxsa, "sualların səviyyəsində heç bir dəyişiklik yoxdur, hər şey şagirdin bilik səviyyəsindən asılıdır". Bu iki fərqli fikir bugünkü gün əsasən valideynlərin müzakirə mövzusudur. Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədovun fikirlərini aldıq:

-İlk növbədə qeyd edim ki, bu il mart ayının üçündə və onunda keçirilən imtahanlardan sonra təbii ki, açıqlanan nəticələr kifayət qədər ciddi rezonans doğurdu. Belə ki, indiyə qədər Azərbaycanın təhsil tarixində olmayacaq, rəqəmdə maksimum bal toplayan abituriyentlər oldu. Buraxılış imtahanları iştirakçılarına 300 bal toplamaq imkanı verilir və orta məktəbdə oxuyan 53 şagirdimiz maksimum bal topladı. Yəni onlara təqdim edilmiş bütün test tapşırıqlarına doğru cavab verdilər. Biz əvvəlki illərlə müqayisə edəndə görürük ki, hər il ən yaxşı halda iki, üç, dörd və yaxud beş nəfər maksimum bal toplayırdı və bu illər ərzində bu rəqəm birdən birə kifayət qədər artdı. Bunun bir neçə səbəbi var. Birinci səbəbi son üç il ərzində, baxmayaraq ki, pandemiyanın nəticələri tam aradan qalxmayıb, Elm və Təhsil Nazirliyi mütəmadi olaraq məktəblərdə buraxılış imtahanı modelində monitorinq imtahanları keçirib. Yəni indiyə qədər belə bir hal yox idi və son üç il ərzində Elm və Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinə nəzarət istiqamətində böyük işlər görür. Xüsusən məktəbdaxili qiymətləndirmələr, həmçinin mütəmadi olaraq monitorinqlərin keçirilməsi və bu monitorinqlərdə də təqdim edilmiş test tapşırıqlarının birbaşa buraxılış imtahanı modelində olması kifayət qədər məhz qəbul imtahanlarının nəticələrinə öz təsirini göstərir. Yəni indiyə qədər abituriyentlər o qədər də test tapşırıqları ilə tanış deyildilər. Artıq onlar test tapşırıqları ilə kifayət qədər yaxından tanışdılar. Məhz bu qədər tanışlıq uşaqların imtahan nəticələrinə də öz təsirini göstərib. Qeyd edim ki, 2008-ci ildən etibarən ölkədə tətbiq edilən kurikulum standartları ilə qiymətləndirmə ilk dəfə idi ki, bu qədər maksimum nəticəni müşahidə edirdi. Yəni 2008-ci ildə orta məktəbə gedən şagirdlər 2019-cu ildə məzun oldular və onlar kurikulum qaydaları ilk dəfə imtahan vermişdilər. Təbii ki, birdən birə belə bir nəticə gözlənilmirdi, proqnozda bu qədər nəticə yox idi. Gözlənilmirdi ki, bu qədər çox sayda şagird yüksək nəticə toplasın. Birinci dediyimiz kimi, nəticələrin yüksəlməsinə əsas səbəb Elm və Təhsil Nazirliyinin son illər təhsil sisteminə nəzarət, eyni zamanda, keyfiyyətin yüksəldilməsi istiqamətində gördüyü işlərdir. İkincisi, artıq Dövlət İmtahan Mərkəzinin imtahanda tətbiq etdiyi sual modelləri müəllimlərə, repetitorlara artıq bəllidir. Yəni artıq bizim müəllimlərimizə bizim şagirdlərimizə bu imtahan modellərlə tanış olduğu üçün belə nəticələr gözləniləndir. Artıq biz bilirik ki, Dövlət İmtahan Mərkəzi açıq tipli sualların, situasiya tipli sualların qiymətləndirilməsində daha çox nələrə diqqət edir. Yəni müəllimlər artıq Dövlət İmtahan Mərkəzinin sirrini çözüblər və bu imtahan nəticələrinə öz təsirini göstərir. Əlbəttə, bu nəticələrin yüksək olması qəbul imtahanlarına, xüsusən ıv ixtisas qrupu üzrə, həmçinin ı ixtisas qrupu üzrə yüksək balların formalaşmasına təsir edəcək. Çünki yüksək bal toplayanların böyük əksəriyyəti ı və ıv ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istiqamətində düşünən və bu istiqamətdə gələcək karyerasını proqnozlaşdıran abituriyentlərlərdir. Onlar riyaziyyatı daha yaxşı bilirlər və məhz bu da imtahan nəticələrinə öz təsirini göstərib və biz bu illəri tibb ixtisası üzrə müəyyən qədər proqnozlaşdıra bilərik ki, balların əvvəlki illərlə müqayisədə təkrarlanmaması ehtimalı var. Amma digər ixtisaslarda bal yüksəlişi gözlənilmir. Yəni kütləvi şəkildə balların qalxma ehtimalı yoxdur. Ona görə yoxdur ki, bu ali təhsil müəssisələrinin qəbul plan yerində də kəskin artım müşahidə olunacaqdır. Yəni bu illəri universitetlərimizin qəbul plan yeri 60 mindən çox olacaq. Məsələn, müqayisə etsək 2010-cu  ildə ali təhsil müəssisələrinə qəbul plan yeri 29000 idi. Bu il isə 60 mindən çox olacaq. Həmçinin bizim Qarabağ Universitetimiz fəaliyyəti başlayacaqdır. Həmçinin Azərbaycan Türk Universiteti fəaliyyətə başlayacaq. Bu o deməkdir ki, bizim yeni universitetlər birmənalı şəkildə qəbul, plan yerinə öz təsirini göstərəcək. Ona görə də biz kütləvi və ciddi şəkildə bal artımını gözləmirik. Həmçinin imtahan iştirakçılarının sayına baxanda da görürük ki, 114  min  nəfər imtahanda iştirak edir və onlar arasında 54 nəfər maksimum bal toplayır. Ortalama bal o qədər də ciddi şəkildə qalxmayacaq. Azərbaycan şagirdləri üçün orta göstərici 115, 120 bal ətrafındadır.
 Əlbəttə ki, sualların asan olması bilavasitə ballara təsir göstərib. Yəni heç kim inkar edə bilməz ki, bu illərdə keçirilən buraxılış imtahanda təqdim edilmiş test tapşırıqlarının ağırlıq səviyyəsi keçən illə eyni idi. Xeyr, kifayət qədər, yəni bir 30 faiz 40 faizə qədər test tapşırıqlarında asanlaşmalar da var idi. Bu da öz nəticələrinə öz təsirini göstərir. Builki nəticələrin yüksək olmasının birinci səbəbi əlbəttə ki, məktəblərdə keyfiyyətin yüksəldilməsi idisə, ikincisi sualların artıq tanış olması, üçüncü sualların özünün asan olmasıdır. Dövlət İmtahan Mərkəzi demək olar ki, bütün test bankını, bunkerini artıq ictimaiyyətə açıqlayıb. Hər il keçirilən qəbul imtahanları, buraxılış imtahanları, sınaq imtahanları, həmçinin test, bank siniflər üzrə testlər, yəni Dövlət İmtahan Mərkəzi özünün bazasında olan sualların hamısını ictimaiyyətə açıqlayıb. Müəllimlər, şagirdlər, valideynlər suallarla tanışdırlar. Ona görə də gözlənti belədir ki, növbəti illərdə də bu nəticələr təbii ki, təkrarlanacaq. Amma plan yerlərinin qalxması ümumi nəticələrə öz təsirini birmənalı şəkildə göstərməlidir və göstərəcəkdir. Biz kütləvi bal artımını gözləmirik, nə qədər ballar yüksəlsə belə, belə plan yerlərinin çoxluğu bunu tənzimləyəcəkdir. Yenə deyirəm, bu il ciddi və yüksək bir bal artımı proqnozlaşdırıla bilməz.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
Источники
Комментарий ()
Закрывать

Рейтинг