RU

Sülhə doğru daha bir addım -ŞƏRH

Azərbaycan paytaxtının ilk dəfə 2011-ci ildə ev sahibliyi etdiyi Dialoq Forumunun budəfəki mövzusu – “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” – əslində, bu platformanın təməl dəyərini ehtiva edir.Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edib.Azərbaycan Foruma ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa töhfə verərək dünyada baş verən qlobal əhəmiyyətli məsələlərin həllində fəal iştirak edir. Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunu qlobal miqyasda ölkəmiz üçün vacib və əhəmiyyətli beynəlxalq tədbir hesab etmək olar. Forumda çıxış edən Dövlət başçısı İlham Əliyev Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb.Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını, buna baxmayaraq, yenə də sülhü təklif etdiyini deyib. Bildirib ki, indi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik.Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan Prezident bildirib: “Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.Cənab Prezident İlham Əliyev forumda həmçinin regionda sülh müstəvisində ciddi addımların atılmasının vacib olduğu söyləyib. Ermənistan üzərindən bəzi dövlətlərin planlar qurduğuna diqqət çəkib. Amma bütün bunlara baxmayaraq Azərbaycanın güclü və qalib ölkə kimi yenidən Cənubi Qafqazda münaqişə yaratmaq istəyən qüvvələrin qarşısında keçilməz sədd olduğu vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
sesqazeti.az

1Источники