RU

Sertifikasiya imtahanlarının vaxtları açıqlandı

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyunda, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyunda keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasında qərar qəbul edilib.

Qərara əsasən, bu il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

Bu il 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
49
Источники
Комментарий ()
Закрывать

Рейтинг