RU

Mingəçevirdə avtomobil idarəetmədən çıxaraq yol qırağındakı kanala düşüb

Mingəçevirdə baş verən yol qəzası zamanı maşınlardan biri  kanala düşüb.

Azmedia.Az-ın məlumatına görə hadisə Mingəçevirdə Samux küçəsində baş verib.

Niva markalı maşınla toqquşan Vaz markalı digər minik avtomobili idarəetmədən çıxaraq yol qırağındakı kanala düşüb.Qəza zamanı yaralanan 1988-ci il təvəllüdlü Kərimov Əvəz Yunis oğlu və 2005-ci il təvəllüdlü Məmmədov Toğrul İsrafil oğlu xəstəxanaya çatdırıllb.

Faktla bağlı araşdırma aparıllr.

 

Ehtiram Muradov

Azmedia.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
123
arazmedia.az

1Источники