Çexiyada sərnişin qatarı relsdən çıxıb, nəticədə iki vaqon aşıb.
Bu barədə Çexiyanın "iDnes" portalı bildirib.
Hadisə Praqa-Qərb bölgəsində Cisovice və Mechenice kəndləri arasındakı dəmir yolu xəttində baş verib. Qatarda sərnişin olmayıb.
Hadisə yerinə inteqrasiya olunmuş xilasetmə sisteminin bölmələri gəlib. Xəttdə nəqliyyatın hərəkəti dayanıb.