RU

Avropa Konfrans Liqasında yarımfinal həyəcanı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, hər iki oyun eyni gündə keçiriləcək və eyni saatda başlayacaq.

İngiltərədə yerli “Aston Villa” Yunanıstan təmsilçisi “Olimpiakos”la üz-üzə gələcək.

Digər yarımfinal görüşü isə İtaliyada “Fiorentina” ilə Belçika təmsilçisi “Brügge” arasında baş tutacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab matçları mayın 9-da keçiriləcək. Final görüşü isə mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.

Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
2 may

23:00. “Aston Villa” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim: Marko Quida (İtaliya)
Birmingem. “Villa Park” stadionu.

23:00. “Fiorentina” (İtaliya) – “Brügge” (Belçika)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Florensiya. “Artemio Franki” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
50
arena.az

10Источники