Naxçıvan Muxtar Respublikasının Babək rayonunda avtomobil aşıb, iki nəfər xəsarət alıb.
NUHÇIXAN xəbər verir ki, Badaşqan kəndində 67-BK-444 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində rayonun Sirab kənd sakinləri - 2000-ci il təvəllüdlü İbrahimov Ramin Ağalar oğlu və 2001-ci il təvəllüdlü Səfərli Ənvər Şahin oğlu xəsarət alıblar.
Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıblar və Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətləri orta-ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта