RU

ABŞ Rusiya ilə bağlı sanksiyalar siyahısını genişləndirdi

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı sanksiyalar siyahısını genişləndirib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, idarə Rusiya ilə əlaqəli 29 fiziki və 250 hüquqi şəxsi məhdudlaşdırıcı siyahıya daxil edib.

Bundan əlavə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarına qarşı sanksiyalar tətbiq edilib.

İkinci dərəcəli sanksiyalar üçüncü ölkələrin, o cümlədən Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ ) və Çindən olan insanlara və şirkətlərə təsir edib.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
23
redaktor.az

10Источники