RU

Varşavada naməlum şəxslər sinaqoqa molotov kokteyli atıblar

Varşavada naməlum şəxslər Nozikov sinaqoquna molotov kokteyli ataraq onu yandırmağa cəhd ediblər.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə “La Libre” yazır.

 

Nəşr yanar qarışığı olan konteynerin binanın divarına çırpılaraq üzərində his izləri qoyduğunu göstərən fotoşəkil dərc edib.

 

Sinaqoqun hücumu ilə bağlı xəbərləri artıq Polşa prezidenti Andjey Duda da təsdiqləyib. Onu şiddətlə qınayıb.

 

"Polşada antisemitizmə yer yoxdur!" – o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Baş verənlərə görə məsuliyyəti hələ heç kim üzərinə götürməyib.

 

Qeyd edək ki, Nozik sinaqoqu Varşavada İkinci Dünya Müharibəsindən sağ çıxan yeganə ən böyük sinaqoqdur.

 

Xatırladaq ki, aprelin 10-da FSB əməkdaşları Moskvada dini yəhudi müəssisəsində terror aktının qarşısını alıblar. Saxlanılan zaman terrorçu silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib. Onun evində axtarışlar zamanı istifadəyə hazır əldəqayırma partlayıcı qurğu, həmçinin partlayıcı maddələr aşkar edilib.

 

Afət

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
oxu24.com

1Источники