RU

Azərbaycanda uşaqlar arasında donuz qripi yayılıb

Azərbaycanda uşaqlar arasında donuz qripi yayılıb. 

Bu açıqlamanı Hit.az-a pediatr Elşən Tağıyev verib.

O bildirib ki, ölkədə A qripi yayılıb və özünü öskürək, boğaz ağrısı, yüksək hərarət, hətta səpki formasında göstərir.

"Əgər körpədə temperatur hiss edirsinizsə, qızılca şübhəsinə düşüb, gözləməyin. İlk 24-48 saat müddətin müalicə başlayarsa, uşaq sürətlə özünə gəlir, 1 sutkadan sonra temperaturu düşür", deyən pediatr əlavə edib ki, xəstəliyi hər kəs fərdi xüsusiyyətlərlə keçirir. 

"Ona görə, uşağı evdə özünüz müalicə eləməyə çalışmayın. İlkin əlamətləri hiss edən kimi uşaq həkimə aparılmalıdır", deyə o vurğulayıb.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
23
hit.az

10Источники