RU

Rusiyanın Ukrayna müharibəsindəki əsas MƏQSƏDİ: Qərb danışıqlar prosesinə hazırlıq görür

“İndiki vəziyətdə Rusiyanın əsas məqsədi ələ keçirilən ərazilərin təhlükəsizliyinin qorunmasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsindəki kritik vəziyyətin yaxın perspektiv üçün inkişaf edəcəyi istiqamətdən danışan politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin seçki sonrası mövqeyini gücləndirəcəyi üçün Ukraynaya hücumların intensivləşdiriləcəyi gözlənilən idi.

“Rusiya hazırda irəliləyişini davam etdirir, Ukrayna isə sadəcə müdafiə xəttindədir. Əlavə olaraq, Kiyevin vəziyyəti ürəkaçan deyil.

Hakimiyyət daxili böhran, müharibənin uzanması ilə bağlı fikir ayrılıqları, Qərbin ayırdığı maliyyələrin düzgün xərclənməməsi proseslərin Ukraynanın əleyhinə olduğunu deməyə əsas verir. Kreml isə demək olar ki, qarşıya qoyduğu hədəflərə nail olub. İndiki vəziyyətdə Rusiyanın əsas məqsədi ələ keçirilən ərazilərin təhlükəsizliyinin qorunmasıdır”, – deyə politoloq bildirib.

Həmçinin Turan Rzayev qeyd edib ki, Qərb indiki vəziyyətdə prosesləri öz xeyrinə dəyişməyə çalışsa da, effektiv addım ata bilmir:

“Çünki Ukrayna ordusu məğlubiyyətlə üz-üzədir, hücumlar isə istənilən nəticəni vermir. Artıq Avropada Kiyevə yardımlarla bağlı yaranan fikir ayrılıqları gündən-günə kəskinləşir. Bu amillər nəzərə alındıqda ən azından diplomatik masada nəticə əldə edəcəyini düşünən Qərb danışıqlar prosesinə hazırlıq görür”.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
yenicag.az

1Источники