RU

“Sea Breeze” kurort şəhərciyi: sərfəli investisiyalar və dəniz kənarında həyat

Aprelin 22-24-də Dubayda yerləşən “The Ritz-Carlton” hotelində ən böyük beynəlxalq biznes forumu olan "World of Opportunities" keçirildi.

FED.az xəbər verir ki, tədbirin sponsorlarından biri Emin Ağalarov tərəfindən təsis edilmiş Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze” kurort şəhərciyi idi. Tədbir yeni qlobal şəraitdə əməkdaşlığı inkişaf etdirmək üçün Rusiya və beynəlxalq biznes liderlərini hər il bir araya gətirir. 

“Sea Breeze” kurort şəhərciyi Bakıdan yarım saatlıq məsafədə yerləşir. Maraqlıdır ki, bu gün “Sea Breeze” sürətli inkişafı və böyük turizm potensialına görə “gələcəyin Dubayı” adlandırılır. Dəbdəbəli çimərlik kompleksləri, SPA və fitnes mərkəzləri, əyləncə və mədəni istirahət imkanları “Sea Breeze”də həyatı rahat və rəngarəng edir. 

Turist kimi dəniz kənarında yerləşən kurortlarda dincəlməyə gələn bir çox insan bu yerlərə heyran qalır və dəniz sahilində həyat haqqında düşünür. Bu xəyallar “Sea Breeze”də asanlıqla gerçəkləşir. Belə ki, bu kurort və yaşayış kompleksində istirahət edən bir çox turist burada qalmağa qərar verir və kifayət qədər sərfəli şərtlərlə mənzil alaraq “Sea Breeze” sakini olur. Satış ofisinin mütəxəssisləri kompleksin ərazisindəki 25-dən çox daşınmaz əmlak layihələri boyunca ekskursiya keçirirlər və fərdi parametrlərə uyğun seçimlər təklif edirlər.

 “Sea Breeze Resort” layihə fondunun incisi – təkcə kurort şəhərinin deyil, bütün Xəzər sahilinin simvoluna çevriləcək “Caspian Dream Liner” apart-hotelidir. Möhtəşəm 11 mərtəbəli apart-hotel xüsusi olaraq “Sea Breeze” akvatoriyasında salınmış adada açıq dənizdə üzən gəmi şəklində tikilir. Kompleksdə üzgüçülük hovuzları və SPA kompleksləri, məşhur dünya brendlərinin butikləri və gözəllik salonları, premium restoranlar və sonsuz dənizə panoramik mənzərəsi olan dəbli “sky bar” olacaq. 

Dubayda "World of Opportunities" forumunun bütün iştirakçıları bu unikal layihənin maketi ilə tanış ola bildilər. “Sea Breeze” mütəxəssisləri “Caspian Dream Liner” və digər daşınmaz əmlak layihələrinin bütün üstünlükləri haqqında ətraflı danışdılar və “Sea Breeze” və Azərbaycanın investorlar üçün təmin etdiyi yeni imkanları təqdim etdilər. 

“Sea Breeze” kurort şəhərciyinə investisiya sərfəli və etibarlı tərəfdaşlıqdır. Burada fərdi üstünlüklərə diqqət yetirməklə investorlar üçün optimal şərtlər təmin edilir. “Sea Breeze”də əmlak dəyərlərinin orta illik artımı 15-35% arasında dəyişir, icarədən illik passiv gəlir isə 8% təşkil edir. Artıq 12 min insan “Sea Breeze” sakinidir. Gələcəyin şəhərinə yatırım, həqiqətən də, səmərəli və effektlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
fed.az

1Источники