RU

Elnur Məmmədov: “Prezident kuboku” ildən-ilə daha da uğurlu alınır”

“Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bu turnir ildən-ilə daha da uğurlu alınır”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Suqovuşanda start götürən “Prezident kuboku” beynəlxalq reqatasında ilk günün mükafatlandırma mərasimində deyib.

O bildirib ki, yarışın ilk gününün tarixi torpağımızda keçirilməsi qürurvericidir: “Hər birimiz bununla fəxr hissi duyuruq”.

Məmmədov avarçəkənimiz Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasını da xoş hal kimi qiymətləndirib: “Tokio-2020-də bu növdə lisenziyamız olmayıb. Ona görə də bu dəfə avarçəkmə idman növü üzrə vəsiqə əldə etmək çox xoş haldır. Bu, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının, ümumilikdə məşqçilərin uğuru sayılır. Hər birini təbrik edirəm”.

Qeyd edək ki, reqatanın ilk günü kayakda 200 m məsafədə Amil Ramazanov (2006-2007) 3-cü olub.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
idman.biz

1Источники