RU

Bas Bakıda elan etdi: Kainatı yenidə ixtira edək!

Kainatı yenidən ixtira etməliyik. Ən mühüm dəyərləri müəyyənləşdirməliyik. Bu forumların əhəmiyyəti böyükdür. Amma biz dialoqun kənarına çıxıb, hədəfimizi müəyyənləşdirib ona doğru irəliləməliyik.

Axar.az xəbər verir ki, bu sözləri Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi, Brazzavildə baş məsləhətçi cənab Jan Kristof Bas Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı plenar sessiyada çıxışı zamanı deyib.

O təklif edib ki, forumun nəticəsində çoxtərəfli iştirakçılarla birgə qlobal sazişi həyata keçirməklə bağlı ciddi addım atmalıyıq.

Qeyd edək ki, 1-3 may tarixlərində keçiriləcək forumda on panel müzakirəsi və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
1
axar.az

2Источники