RU

İcma sədri: “Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlaması icmanın tarixində yeni mərhələdir”

“Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlaması icmanın tarixində yeni mərhələnin başlanğıcıdır”.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında bildirib:

“İcma olaraq əsas məqsəd son iki yüz ildə Qərbi Azərbaycanda baş verən hadisələri geniş ictimaiyyətə çatdırmaq və bu məsələləri dünya miqyasında təbliğ etməkdir. Hesab edirəm ki, Qərbi Azərbaycan həqiqətləri sırasında tarixi torpaqlarımızdakı mədəni irsimizin, folklor mühitimizin adət-ənənələrimzin, həmin ərazilərdə soydaşlarımıza qarşı həyata keçirilmiş etnik təmizləmə, deportasiya və soyqırımlarının geniş ictimaiyyətə çatdırılmasında televiziyanın böyük rolu olacaq. Bundan başqa, düşünürəm ki, erməni yalanlarının, saxtakarlığının sona qədər ifşasında da Qərbi Azərbaycan televiziyasının böyük rolu olacaq. Hesab edirəm ki, televiziya insanlarımızın ata-baba yurdlarına qayıdışında, tarixi ədalətin bərpasında öz rolunu oynayacaq”.

Qeyd edək ki, bu gün Qərbi Azərbaycan Televiziyasının açılışı olub. Televiziya Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərəcək.

Almaz Qasımova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
oxu.az

1Источники