RU

Tbilisidə iğtişaşlar: Polislə etirazçılar arasında toqquşmalar baş verib - VİDEO

Tbilisidə parlamentin yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə etiraz edənlərlə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları arasında toqquşmalar baş verib.

Məlumata görə, polis nümayişçilərə qarşı bibər qazından istifadə edib.

Polis və çevik qüvvələr etirazçıları parlament binasının arxasından uzaqlaşdırmağa çalışıblar və bu, iğtişaşlarla nəticələnib.

Həmçinin etirazçılara qarşı su şırnaqlarından da istifadə olunub. Onlar tədricən dağılışıblar.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
2
oxu.az

3Источники