Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində "Sumqayıt Aşqarlar" ASC-nin yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının müəssisənin ərazisinə keçməsinin qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта