RU

Qazaxıstan XİN: Azərbaycan və Ermənistan Almatı görüşünü təsdiqləyib

Azərbaycan və Ermənistan Qazaxıstanda danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər, danışıqların keçirilmə tarixi daha sonra açıqlanacaq.

Bakupost/az xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov “RİA Novosti”yə deyib.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda baş tutacaq”, – Smadiyarov bildirib.

Xatırladaq ki, iki ölkə arasında danışıqların Qazaxıstanda aparılması ideyası Ermənistan və Azərbaycana son səfərləri zamanı prezident Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.

Eyni zamanda, aprelin 29-da Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Almatıda görüş barədə razılığın olduğunu təsdiqləyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
bakupost.az

1Источники