![Image](https://baki-xeber.com/uploads/posts/2024-04/17144284764009314335_1200x630.webp)
İsveçin Visiniqso adasındakı tarixi Brahekirkan kilsəsində dəfinə tapılıb. Belə ki, kilsəyə istilik sistemi quraşdırılmazdan əvvəl təftiş üçün əraziyə arxeoloqlar dəvət edilib. Onlar kilsə divarının yanında qazıntı zamanı 2 skelet aşkar ediblər. Skeletlərdən birinin ayaq tərəfində aşkar edilmiş dəfinədə 170 gümüş sikkə olub.
Numizmatik tədqiqatlar sikkələrin 1150-1180-ci illərdə zərb edildiyini aşkara çıxarıb. Onların ən maraqlı xüsusiyyəti brakteat, yəni bir üzünün hamar olmasıdır. Bu tip sikkələr Skandinaviya ölkələrində daha geniş yayılıb.
Mətləb Salahov