RU

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

DİN:

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 qumbara, 30 müxtəlif markalı tüfəng, 5 patron darağı və 729 müxtəlif çaplı patron təhvil götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan beş müxtəlif markalı tüfəng aşkarlanaraq götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
119
4
azertag.az

10Источники