RU

Şəmkirdə avtomobil maneəyə çırpılıb, ölən var

Şəmkir rayonu Kür qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan BMW markalı minik maşını yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı sərnişin, rayonun Mahmudlu kənd sakini - 1985-ci il təvəllüdlü Aslan Kirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
22
oxu.az

10Источники