RU

Premyer Liqa klubu ilə mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayacaq

"Çelsi"nin müdafiəçisi Tiaqo Silva gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu mövsümün sonunda London təmsilçisini tərk edəcək.

Silva bu barədə klubun mətbuat xidmətində açıqlamasında məlumat verib.

39 yaşlı mərkəz müdafiəçisi Premyer Liqa klubu ilə mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

Tiaqo Silva 2020-ci ilin yayından "Çelsi"də çıxış edir. Braziliya millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 34 rəsmi matçda 4 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
102
sportinfo.az

1Источники