“Nitsa” “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianı heyətinə qatmaq istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, “Nitsa”artıq futbolçunun transferi üçün hərəkətə keçib.
Yassin Benzianın “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
Əlcəzairli legioner əvvəllər Fransada “Lion” və “Lill”in şərəfini qoruyub.