RU

98 yaşlı klub Superliqada

Türkiyə Superliqasına vəsiqə qazanan ikinci komanda bəlli olub.

Msport.az xəbər verir ki, “Göztepe” birinci liqanın 32-ci turunda “Gənclərbirliyi”nə 2:0 hesabı ilə qalib gələrək aktivindəki xalların sayını 66-a çatdırıb və üçüncü yerdəki “Sakaryaspor” üçün əlçatmaz olub.

Qeyd edək ki, “Göztepe” 2021/2022 mövsümündə Superliqada mübarizə aparmış və sonda birinci liqaya düşmüşdü. Daha əvvəl “Eyüpspor”un əsas çempionatda olacağı dəqiqləşib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
msport.az

1Источники