RU

Xırdalanda 50 yaşlı kişi arvadını qətlə yetirdi

Bakı. Trend:

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Trend xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğuməlumat yayıb.

Bildirilib ki, aprelin 28-də saat 21 radələrində Abşeron rayonu,Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü SevincƏhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumatdaxil olub.

Araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevinyaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətləryetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, LaçınƏhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismindətutulub.

Hazırda ibtidai istintaq davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
29
az.trend.az

10Источники