RU

Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə nazir “X” hesabında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Mikayıl Cabbarov: "COP29 maraqlı səyahət olacağını vəd edir"


“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində İslam İnkişaf Bankının 50 illiyinə həsr olunmuş Qızıl Yubileyi və İllik Toplantısında, həmçinin Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcəyik. 

Səudiyyə Ərəbistanının və digər ölkələrin rəsmiləri ilə əlaqələrimizin gündəliyində olan məsələlərə dair ikitərəfli görüşlər keçirəcəyik”, - o yazıb.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
172
50
bizim.media

10Источники