Zəngəzurda İran dövlət nömrə nişanlı avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var.
Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Ermənistanın Qərbi Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında qeydə alınıb.
Hadisə yerinə əməliyyat qrupu və iki xilasetmə briqadası cəlb olunub.
İlkin məlumata görə, 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Avtobusun İrandan gəldiyi bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun